Vergi hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədikdə növbədənkənar səyyar vergi yoxlaması təyin oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bu əsas vergi orqanının xəbərdarlığından sonra da sənədlər təqdim edilmədiyi hallara şamil edilir.
Yoxlama aktında təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar edilməsi də yoxlamaya səbəb olur.
Vergi orqanı bu halları əsas götürərək əlavə araşdırma apara bilər.
Belə yoxlamalar qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun həyata keçirilir.
Məqsəd vergi öhdəliklərinin düzgün icrasını təmin etməkdir.
