Səyyar vergi yoxlaması müəyyən hallarda növbədənkənar qaydada təyin oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Vergi hesabatı sənədlərinin müəyyən olunmuş müddətdə təqdim edilməməsi belə əsaslardan biri sayılır.
Yoxlama aktında təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə də növbədənkənar yoxlama keçirilə bilər.
ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin digər öhdəliklərə yönəldilməsi zamanı da belə yoxlama mümkündür.
Bu halda yoxlama yalnız ƏDV-yə cəlb edilən əməliyyatları əhatə edir.
Qaydalar növbədənkənar yoxlamanın əsaslarını ayrıca müəyyənləşdirir.