“Yol hərəkəti haqqında” Qanunun əsas məqsədi yol hərəkətinin təhlükəsiz və rahat təşkilinin hüquqi əsaslarını müəyyən etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanun yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunmasını nəzərdə tutur.
Sənəd həmçinin ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsinə xidmət edir.
Qanun yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin yüngülləşdirilməsi üçün hüquqi mexanizmləri müəyyən edir.