Dövlət yol hərəkəti sahəsində vahid siyasəti və təhlükəsizlik standartlarını müəyyən edib həyata keçirəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunda yol hərəkətinin təşkili, təhlükəsizliyin təmin edilməsi və bu sahədə normativ hüquqi aktların qəbul edilməsi dövlətin əsas vəzifələri kimi göstərilir.
Həmçinin yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin müəyyən edilməsi də dövlətin səlahiyyətlərinə daxildir.
Bu tədbirlər yol hərəkətinin təhlükəsiz və səmərəli təşkilinə xidmət edir.
