Hüquqi şəxslərin sürücüləri yol hərəkəti təhlükəsizliyi tələblərini pozmağa sövq etməsi qadağan olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, hüquqi şəxslər yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlər təşkil etməli və maliyyələşdirməlidirlər.
Onlar həmçinin nəqliyyatın fövqəladə hallarda istismarı ilə bağlı məsələləri həll etməlidirlər.
Hüquqi şəxslər qanunla müəyyən edilən digər tələbləri də yerinə yetirməyə borcludurlar.