Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri qanunvericilikdə əksini tapıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu prinsiplərə insanların həyat və sağlamlığının iqtisadi maraqlardan üstün tutulması daxildir.
Həmçinin dövlətin yol hərəkəti təhlükəsizliyinə görə məsuliyyətinin üstünlüyü təsbit olunub.
Qanunda təhlükəsizliyin təmin edilməsində kompleks və məqsədyönlü yanaşmanın vacibliyi də qeyd edilir.