Yollarda təhlükə yaradan çuxurlar, çökmələr və digər maneələr vaxtında aşkar edilərək aradan qaldırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Problemlərin dərhal aradan qaldırılması mümkün olmadıqda həmin ərazilər xəbərdarlıq nişanları ilə işarələnməlidir.
Eyni zamanda çəpərləyici və yönəldici vasitələrdən istifadə olunmalıdır.
Bu tələblər yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
