Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri qanunvericilikdə əksini tapıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanunda yol hərəkətinin təşkili, təhlükəsizlik standartlarının hazırlanması və dövlət nəzarətinin həyata keçirilməsi əsas istiqamətlər kimi göstərilib.
Sənəddə sürücülərin hazırlanması, vətəndaşların maarifləndirilməsi və tibbi təminat tədbirləri də nəzərdə tutulub.
Bundan başqa, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi tələb edilir.
