ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qoruyacağı təqdirdə ölkənin bütün yetkin vətəndaşlarına 5 min dollar ödəniləcəyini vəd edib.
Heftelik.az xəbər verir ki, Donald Tramp bunu sentyabrın 9-da axşam Dallasda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində təşkil olunan milli qurultayında çıxışı zamanı bildirib.
“Mən sizə bunu vəd edirəm: əgər respublikaçılar Nümayəndələr Palatasında və ABŞ Senatında – hər iki palatada qalib gəlsələr, iqtisadi uğurlarımız sayəsində ABŞ-nin hər bir yetkin vətəndaşına 5 min dollar dividend ödəyəcəyəm”, – Tramp deyib.
ABŞ Prezidenti vurğulayıb ki, vətəndaşlar həmin vəsaiti ölkə daxilində xərcləməli olacaqlar. Onun sözlərinə görə, bu ödəniş “Tramp dividendi” adlandırılacaq.
ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda respublikaçılar Konqresin hər iki palatasına nəzarət edirlər.
