Ağdaşda kişini elektrik cərəyanı vurub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Pirəzə kəndində qeydə alınıb.

60 yaşlı Nazim Məmmədov yaşadığı evin həyətində su çəninə su doldurarkən onu elektrik cərəyanı vurub. Nəticədə kişi hadisə yerində ölüb.