Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda onun müayinəsi davam etdilir.

Qeyd edilib ki, Z.Rzayevin vəziyyəti stabildir.

Xatırladaq ki, 74 yaşlı müğənni sentyabrın 5-i saat 20:50 radələrində xəstəxananın qəbul şöbəsinə hospitalizasiya olunub. Daha sonra qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.