Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.