“Sabah” komandası UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirdiyi Liqa mərhələsinin I turunun oyununda gerçəkləşib.
Azərbaycan çempionunun heyətində meydana çıxan 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir.
Xatırladaq ki, “Sabah” səfərdə rəqibinə 0:4 hesabı ilə uduzub.
