Kreditlər üçün LİMİTLƏR

11 Sentyabr 2026, 01:25

Bankların aidiyyəti şəxslərə verə biləcəyi kreditlərin maksimum həcmi müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, hüquqi şəxs üçün verilən kreditlərin məcmu məbləği bankın məcmu kapitalının 10 faizini keçə bilməz.
Fiziki şəxsə verilən kreditlərin ümumi məbləği isə bankın məcmu kapitalının 3 faizindən artıq ola bilməz.
Bu limitlərin aşılması qanunvericiliyin tələblərinə zidd hesab olunur.