Mərkəzi Bank hüquqi şəxslərin kapitalında iştirakla bağlı müraciətlərə ən geci 90 təqvim günü ərzində baxmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu müddətdə banka yazılı cavab verilməzsə, müraciət müsbət qiymətləndirilmiş hesab olunacaq.
Qərar banka yazılı qaydada çatdırılacaq.
Qanun müraciətlərə baxılması üçün konkret vaxt çərçivəsi müəyyən edir.