Yol hərəkətinin inkişafı və təhlükəsizliyi üzrə dövlət proqramları hazırlanacaq və maliyyələşdiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, bu proqramların icrası dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti ilə təmin olunacaq.
Avtomobil yollarının saxlanılması və inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılacaq.
Ekoloji tələblərin və təhlükəsiz hərəkətin təmin olunması da maliyyələşdirilən istiqamətlər sırasında olacaq.