Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Yəməndəki husilərin bir neçə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin Mədinə və Ər-Riyad ətrafından keçən bəzi hissələrinin preventiv məqsədlə fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Heftelik.az xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi hücumlar nəticəsində bir neçə nəfərin xəsarət aldığını və onlara tibbi yardım göstərildiyini bildirib.
Bildirilib ki, fövqəladə hallar briqadaları neft kəmərinin təhlükəsizliyini təmin etmək və təsdiqlənmiş prosedurlara uyğun olaraq onun texniki vəziyyətini yoxlamaq üçün dərhal işə başlayıb.
Qeyd edək ki, İranın Hörmüz boğazını bağlaması, tankerlərə zərbə endirməsi fonunda Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəməri Birləşmiş Ərəb Əmirlikıri və digər Körfəz ölkələrinin neftinin nəqli üçün yeganə marşrut idi. Bu kəmərlə nəql edilən neft Qırmızı dəniz sahilində tankerlərə yüklənərək Süveyş kanalı və Babül-Məndəb boğazından keçməklə dünya bazarlarına çıxarılırdı.
