Avtomobil yollarının layihələndirilməsi və tikintisi zamanı təhlükəsizlik standartlarına riayət olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Layihələr beynəlxalq standartlar və normativlər nəzərə alınmaqla hazırlanmalıdır.
Tikinti və yenidənqurma layihələri müvafiq ekspertizadan keçirilməli və razılaşdırılmalıdır.
Aşkar edilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra layihələrin icrasına icazə veriləcək.