Elektron xidmətlərin təşkili və fəaliyyəti mütəmadi qiymətləndiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qiymətləndirmə müvafiq qurumun müəyyən etdiyi qaydalar əsasında aparılacaq.
Dövlət orqanları qiymətləndirmənin keçirilməsi üçün lazımi şərait yaratmalıdırlar.
Onlar informasiya sistemlərinə çıxış və texnoloji infrastrukturla tanışlıq imkanını təmin etməlidirlər.
Qiymətləndirmə zamanı testlərin aparılmasına da şərait yaradılması tələb olunur.
Qanun bu sahədə dövlət qurumlarının əməkdaşlıq öhdəliyini də müəyyənləşdirir.
