İnformasiya sistemləri və onların mühafizə vasitələri müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bu tələb vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan sistemlərə şamil edilir.
Konfidensial informasiya ilə işləyən dövlət qurumlarının sistemləri də sertifikatlaşdırılacaq.
Həmin sistemlərin mühafizə vasitələri də eyni qaydalara uyğun qiymətləndiriləcək.
İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı xüsusi razılıq əsasında həyata keçiriləcək.
Qayda informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsinə yönəlib.