Vergi orqanının əldə etdiyi məlumatlar əsasında gəlirlərin gizlədilməsi ehtimalı müəyyən olunarsa yoxlama keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bu əsas vergitutma obyektinin azaldılması hallarına da aiddir.
Sığorta haqlarının ödənilməsindən yayınma əlamətləri də yoxlamaya səbəb ola bilər.
Məhkəmə və hüquq-mühafizə orqanlarının qərarı əsasında da səyyar yoxlama təyin edilə bilər.
Vergi Məcəlləsində nəzərdə tutulan sənədlərin təqdim edilməməsi də əsaslardan biridir.
Bu tədbirlər vergi intizamının təmin olunmasına xidmət edir.
