Vergi ödəyicisi yoxlamanın nəticələri ilə razılaşmadıqda yenidən səyyar yoxlama tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Belə müraciət yazılı formada yuxarı vergi orqanına təqdim edilməlidir.
Yoxlama zamanı təqdim olunmayan sənədlər sonradan şikayətə əlavə edilərsə yenidən yoxlama aparıla bilər.
Əvvəl təqdim edilənlərdən fərqli sənədlər təqdim olunduqda da bu hüquq yaranır.
Belə hallarda əvvəl yoxlanılmış dövr də yenidən araşdırıla bilər.
Qaydalar bu proseduru ayrıca tənzimləyir.