Səyyar vergi yoxlamasında maliyyə və mühasibatlıq prosesləri də araşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Vergi ödəyicisindən maliyyə və vergi hesabatlarının hazırlanması barədə məlumat istənilə bilər.
Dövriyyə jurnallarındakı qeydlərin təsdiqlənməsi də sorğu mövzusu olur.
Kassa kitabına digər şəxslərin müdaxiləsi ilə bağlı suallar verilə bilər.
Nağd ödənişlərin necə yoxlanıldığı da araşdırılır.
İdxal-ixrac əməliyyatları və elektron mühasibat proqramlarından istifadə barədə də məlumat toplanır.
