Səyyar vergi yoxlamasının başlanması proseduru qaydalarla ətraflı tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Yoxlama vergi və sosial sığorta qanunvericiliyinə əməl olunmasının düzgünlüyünü yoxlamaq məqsədilə aparılır.
Hər növbəti və ya növbədənkənar yoxlama üçün xüsusi məlumat forması hazırlanmalıdır.
Yoxlama yalnız vergi orqanının müvafiq qərarı əsasında təyin edilir.
Növbəti yoxlama barədə vergi ödəyicisinə ən azı 15 gün əvvəl bildiriş təqdim olunmalıdır.
Bildirişdə yoxlamanın səbəbi, tarixi, eləcə də tərəflərin hüquq və vəzifələri ətraflı göstərilməlidir.
