Avtomobil yollarının tikintisi və təmiri üzrə vahid tələblər müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Eyni zamanda ölkədə istehsal olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair standartlar da müəyyənləşdiriləcək.
Bu tələblərə əməl olunmasına dövlət nəzarət edəcək.
Məqsəd yol hərəkətinin təhlükəsizliyini artırmaqdır.
