Yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlər dövlət hesabına tibbi yardım almaq hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Xidmətlər zərfinə daxil olan hallarda tibbi yardım icbari tibbi sığorta hesabına göstərilə bilər.
Vətəndaşlar yollardakı təhlükəsizlik çatışmazlığı nəticəsində dəyən zərərin ödənilməsini də tələb edə bilərlər.
Bu hüquqlar qanunvericiliklə qorunur.