Yol hərəkətinin təşkili zamanı təhlükəsizliyin təmin olunması üçün texniki vasitələrdən kompleks istifadə tələb edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol hərəkəti qüvvədə olan standartlara və layihələrə uyğun təşkil edilməlidir.
Yolların buraxılış qabiliyyətini artırmaq məqsədilə təhlükəsizlik səviyyəsinin azaldılması qadağan olunur.
Bu tələblər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin qorunmasına xidmət edir.
