Bankın təsisçiləri nizamnaməni Mülki Məcəlləyə uyğun hazırlayıb təsdiq etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Nizamnaməyə ediləcək dəyişikliklər yalnız Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi ilə mümkün olacaq.
Banklar fəaliyyətlərini daxili reqlament əsasında təşkil etməlidirlər.
Bu reqlament qanunla müəyyən olunmuş qaydada təsdiqlənməlidir.