Xarici hüquqi şəxslər bankın kapitalında mühüm iştirak payı almaq üçün əlavə sənədlər təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar qeydiyyat sənədlərini və nizamnamələrini qanunvericiliyə uyğun leqallaşdırmalıdırlar.
Son üç maliyyə ili üzrə auditdən keçmiş maliyyə hesabatları da təqdim edilməlidir.
Rəhbər əcnəbi olduqda onun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi barədə arayış da tələb olunur.
