Mərkəzi Bank xarici banklarla bağlı bəzi hallarda iştirak payının əldə edilməsinə razılıq verməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu, bankın xarici hüquqi şəxsin törəmə strukturuna çevriləcəyi hallara da şamil olunur.
Xarici ölkənin nəzarət orqanı razılıq vermədikdə də icazə verilməyəcək.
Nəzarət sahəsində beynəlxalq əməkdaşlıq mümkün olmadıqda da müraciət rədd ediləcək.