“Qalatasaray” liderliyini qorudu

14 Sentyabr 2026, 00:07

Türkiyə Super Liqasında V tur davam edir.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün “Qalatasaray” meydana çıxıb.

Komanda “Kocaelispor”u qəbul edib.

Oyun “sarı-qırmızılılar”ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Abdülkerim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub – 1:0.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran “Qalatasaray” liderliyini davam etdirir.