Bakıda kişi pilləkəndən yıxılaraq ölüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsində qeydə alınıb.
65 yaşlı Məzahir Məhyəddin oğlu Quliyev yaşadığı binanın dəhlizində pilləkənlərdən yıxılıb. O, aldığı xəsarətlərdən yerincədə ölüb.
Araşdırma aparılır.
