Bankın daxili reqlamenti təşkilati və idarəetmə strukturunu əhatə etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sənəddə əməliyyat və inzibati şöbələrin funksiyaları, tabeliyi və hesabatlılığı göstərilməlidir.
Reqlamentdə rəhbər şəxslərin və daxili audit xidmətinin səlahiyyətləri də əks olunacaq.
Filial və şöbə rəhbərlərinin təyin və azad olunması qaydaları da bu sənədlə müəyyən ediləcək.