Xarici banklar mühüm iştirak payı əldə etmək üçün əlavə arayış təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Həmin arayış bankın yerləşdiyi ölkənin nəzarət orqanı tərəfindən verilməlidir.
Sənəddə bankın lisenziyaya malik olduğu təsdiqlənməlidir.
Həmçinin nəzarət orqanının nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyi göstərilməlidir.
