Tikilmiş və ya təmir olunmuş yollar yalnız xüsusi komissiyanın qərarı ilə qəbul ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qəbul aktı müayinə, yoxlama və sınaqların nəticələri əsasında tərtib olunur.
Komissiyanın təşkili və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu mexanizm yolların təhlükəsizlik standartlarına uyğunluğunu təsdiqləyir.
