Şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemlərinin qurulması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yollarda dayanacaq və dincəlmə məntəqələri də təşkil edilməlidir.
Sürücü və sərnişinlərin ilk tibbi yardım, qidalanma və digər məişət ehtiyaclarının ödənilməsi üçün şərait yaradılacaq.
Bu tədbirlər uzun məsafəli səfərlərin təhlükəsizliyini artırmağa xidmət edir.
