Yolların tikintisi və təmiri zamanı təhlükəsizlik tədbirlərinə ayrılan vəsait azaldıla bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Layihəçi müəyyən olunmuş tələblərdən kənara çıxdıqda uyğunsuzluğu öz hesabına aradan qaldırmalıdır.
İşlərin icrası zamanı təhlükəsizliyə təsir edən yeni hallar yaranarsa, sifarişçi və layihəçi məlumatlandırılmalıdır.
Yollar yalnız xüsusi komissiyanın müsbət qəbul aktından sonra istifadəyə verilə bilər.