Elektron xidmətlərlə bağlı göndərilən sorğular müəyyən edilmiş müddətdə cavablandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Müvafiq qurumun göndərdiyi sorğular ən geci beş iş günü ərzində cavablandırılmalıdır.
Sorğular tələblərə əməl olunması vəziyyətinin öyrənilməsi məqsədilə göndərilir.
Qurumlar aşkar olunan problemlərin aradan qaldırılması üçün metodiki dəstək də alacaqlar.
Müvafiq orqan yazılı və şifahi izahlar vermək səlahiyyətinə malikdir.
Qanun elektron xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.
