İdarə Heyəti üzvlərinin şəxsi maraqları ilə bankın maraqları arasında ziddiyyət yarandıqda xüsusi prosedur tətbiq olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə hallarda məlumatın açıqlanması məcburi olacaq.
Bankın maraqlarına zidd əqdlərin bağlanması Mülki Məcəllənin tələblərinə uyğun həyata keçiriləcək.
Bu mexanizm maraqlar toqquşmasının qarşısını almağa xidmət edir.
