Səyyar vergi yoxlamasının dayandırılması və ilkin araşdırmanın aparılması halları da tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Vergi Məcəlləsində nəzərdə tutulan əsaslar olduqda yoxlama əsaslandırılmış qərarla dayandırıla və sonradan bərpa edilə bilər.
İlkin araşdırma vergi ödəyicisinin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyır.
Araşdırma yoxlamanın başlandığı tarixdən etibarən yeddi gün ərzində aparılmalıdır.
Bu mərhələdə vergi ödəyicisi ilə məqsədyönlü müsahibələr keçirilərək fəaliyyətinə dair məlumatlar toplanır.
İlkin araşdırmanın nəticələri sonradan yoxlama materiallarına əlavə olunur.
Səyyar vergi yoxlamasında planlaşdırma mərhələsi müəyyənləşdirilib
