Konstantinovkanın ələ keçirildiyini Rusiya Prezidenti Vladimir Putinə məruzə edən general-mayor Anton Qrunisin ölümü rəsmən təsdiqlənib.

Heftelik.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Qrunisin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin general-mayoru, Rusiya Qəhrəmanı, 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada öldürülüb.

Qrunis 2023-cü ilin mayında 4-cü briqadanın komandiri təyin edilib və Baxmut istiqamətində döyüşlərdə iştirak edib. O, avqustun 28-də Rusiya Qəhrəmanı adına layiq görülüb.

Ukrayna mediasının xəbərinə görə, Anton Qrunis bu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü məruzə edib.