Argentina milli komandası qarşıdan gələn yoldaşlıq oyunları üçün heyətini açıqlayıb. Baş məşqçi Lionel Skaloni 26 oyunçunu heyətinə çağırıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki,  Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, 39 yaşlı “İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi gözlənilmədən heyətə daxil edilib.

Argentina milli komandası payız təlim-məşq toplanışı zamanı üç yoldaşlıq oyunu keçirəcək. Onlar sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaqlar.

Beninə qarşı oyunun Messinin Argentina millisi ilə vida mərasimi olacağı gözlənilir.

Изображение

Avqustun 31-də Lionel Messi Argentina milli komandasından ayrıldığını elan edib.

39 yaşlı futbolçu milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.