Bakıda ilk dərs günü canlı yayım açıb elektron siqaret çəkən şagirdlərlə bağlı tədbir görülüb.
Heftelik.az xəbər verir ki, bu barədə Lent.az-a DİN mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıb:
“Şagirdlərlə polis əməkdaşları profilaktik söhbətlər aparıblar. Onlara bu kimi halların yolverilməz olduğu izah edilib və gələcəkdə təkrarlandığı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub”.
