Qəbələdə avtomobil piyadanı vurub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Zarağan kəndində qeydə alınıb.

Şakir Eyvazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.

Xəstəxanaya yerləşdirilən H.İsrafilov sentyabrın 15-də orada ölüb.

Araşdırma aparılır.