Müşahidə Şurası zəruri hallarda İdarə Heyətinin üzvlərini müvəqqəti vəzifədən kənarlaşdıra biləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Şura onların yerinə müvəqqəti təyinatlar həyata keçirə biləcək.
Audit Komitəsinin üzvlərinin təyin və azad olunması da Şuranın səlahiyyətinə aid ediləcək.
Audit Komitəsinin əsasnaməsini də Müşahidə Şurası təsdiqləyəcək.
