Səhmdarların ümumi yığıncağı nizamnamə kapitalının artırılması və ya azaldılması barədə qərar qəbul edəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bank səhmlərinin buraxılması şərtləri də burada müəyyən olunacaq.
İllik maliyyə hesabatlarının təsdiqi də ümumi yığıncağın səlahiyyətinə daxildir.
Xalis mənfəətin bölüşdürülməsi və dividend ödənişi barədə qərarlar da burada qəbul ediləcək.
