Mərkəzi Bankın icazəsi olmadan mühüm iştirak payı əldə edən şəxslərə yazılı göstəriş veriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlardan icazəsiz əldə etdikləri payın ləğv edilməsi tələb olunacaq.
Eyni tələb müəyyən olunmuş maksimum müddətə əməl etməyən şəxslərə də şamil ediləcək.
Bu qayda qanunsuz pay əldə edilməsinin qarşısını almağa xidmət edir.