Qanunda piyada keçidlərinin yerləşdirilməsi və məsafəsi ilə bağlı normalar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Piyada keçidləri insanların sıx toplandığı obyektlərin yaxınlığında yerləşdirilməlidir.
Avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr müəyyən edilib.
Digər yaşayış məntəqələrində isə piyada keçidləri arasında məsafə əsasən 150-300 metr olmalıdır.
