Yol nişanlarının və svetoforların görünüşünü məhdudlaşdıran maneələrin yaradılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Texniki nizamlama vasitələrinin özbaşına quraşdırılması da qadağandır.
Görmə şəraitini pisləşdirən reklam lövhələrinin yerləşdirilməsinə icazə verilmir.
Bu qaydalar sürücülərin təhlükəsiz hərəkətini təmin etməyə yönəlib.