Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol nişanları, svetoforlar və digər texniki vasitələr vaxtında quraşdırılmalıdır.
Qar, buz, palçıq və digər təhlükə yaradan maneələr operativ şəkildə aradan qaldırılmalıdır.
Yol şəraitinin pisləşməsi barədə sürücülər əvvəlcədən məlumatlandırılmalıdır.
